Fransa narkotiklərlə mübarizə idarəsi Parisdə polisin baş idarəsindən 50 kiloqramdan çox kokain oğurlamaqda şübhəli bilinən polis işçisini həbs edib.
XALQ.AZ-ın məlumatına görə, adı bildirilməyən hüquq-mühafizə orqanlarının 34 yaşlı əməkdaşı İspaniya sərhədi yaxınlığında yerləşən Perpinyan şəhərində saxlanılıb. Bu barədə yerli hakimiyət nümayəndəliyi məlumat yayıb.
Oğurlanmış narkotiklərin ümumi dəyəri 3 milyon avro civarında qiymətləndirilir. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.