Ötən gün axşam saatlarında Bakının Suraxanı rayonunda 54 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub.
Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, Hövsan qəsəbəsi, Sahil döngəsi ərazisində yaşayan 54 yaşlı kişi 5 mərtəbəli yaşayış binasından yıxılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin binada yaşayan 1960-cı il təvəllüdlü Əlikram Salmanov yaşadığı 3-cü mərtəbədən yıxılıb. Kişi xəstəxanaya aparılarkən yolda ölüb.
İlkin ehtimala görə, hadisə ehtiyat ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.