Hollivudun əfsanəvi üçlüyü yeni filmdə (FOTO)

3

Robert De Niro, Bred Pitt və Leonardo Di Kaprio ilk dəfə olaraq eyni filmə çəkilirlər.

XALQ.AZ-ın məlumatına görə, rejissor Martin Skorsezenin qısametrajlı reklam filmi Honkonqun “Melco-Crown Entertainment” şirkəti üçün olacaq.

Ssenarini “Uoll-strit canavarı” filminin müəllifi Terens Uinter yazıb. Aktyorlar ötən həftə sonundan çəkilişlərə qoşulublar.

Deadline nəşrinin məlumatına görə, filmin premyerası gələn il baş tutacaq, çəkilişlər isə Makaodakı Studio Cty tematik kurortunda aparılacaq. De Niro, Pitt və Di Kaprionun iştirakı şirkətə dünya populyarlığı gətirməlidir. Bu isə öz biznesini Asiyadan kənara genişləndirməyi düşünən “Melco-Crown Entertainment”-in əsas hədəfidir.

3