Ötən gün Moskvaya səfər edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillə görüşəcək.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətində verilən məlumata görə, MDB Dinlərarası Şurasının həmsədrləri olan Patriarx Kirillə QMİ sədri A. Paşazadənin görüşü 26 sentyabr tarixində saat 14.00-da Patriarxın Moskvadakı rəsmi iqamətgahında (Svyato-Danilov monastırında) baş tutacaq.
Xatırladaq ki, Şeyxülislam Allahşükür Paşazadə 25 sentyabr tarixində Rusiya Federasiyasına səfərə yola düşüb. Səfər Moskva və bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillin dəvəti əsasında həyata keçirilib.
Səfər proqramına Sankt-Peterburq şəhərini ziyarət də daxildir.