Estrada müğənnisi Röya Ayxan konsert proqramı ilə çıxış edəcək. Xalq.az -xəbər verir ki , sənətçinin konserti oktyabr ayının 28-də baş tutacaq. Konsert “Aygün City” ticarət mərkəzində həyata keçəcək. Röyanın məhz bu məkanda konsert verməyinə səbəb sözügedən ticarət mərkəzinin kinoteatrının açılış mərasimidir.
Qeyd edək ki, Röyanın konserti 20:00-da başlayacaq.