ABA-nın ekspert qruplarına yeni təyinatlar olub

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib.

ABA-dan  verilən məlumata görə, iclasın gündəliyində duran əsas məsələ “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanının icrası ilə bağlı ABA tərəfindən müvafiq qurumlara təqdim edilmiş bəzi qanunvericilik aktlarına əlavə və təkliflərin müzakirəsi və cari məsələlər olub.

İclasda ABA-nın “Marketinq və PR üzrə” Ekspert Qrupuna sədr vəzifəsinə namizəd “Bank Respublika” ASC-nin Marketinq Departamentinin direktoru Əli Daşdəmirov və “Kredit işi” Ekspert Qrupuna sədr vəzifəsinə namizəd “AccessBank”ın Pərakəndə və Biznes müştəriləri üzrə icraçı direktor Elşən Pirmalıyev Assosiasiyanın Rəyasət Heyətinə təqdim olunub və onların müvafiq qruplara sədirliyi təsdiqlənib.

 

Orxan