Abdullah Gülə qeyri-adi sui-qəsd cəhdi

 

85

 

Türkiyə prezidenti Abdullah Gülə sui qəsdin qarşısı alınıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə noyabrın 25-də baş verib. Belə ki, 2 uşaq atası 33 yaşlı kişi Malatyadan Ankaraya gələrək dövlət başçısı ilə görüşmk istəyib. Lakin Çankaya köşkündə ziyarətçilərin girişi nəzərəd tutyuilan qapıda mühafizəçilərin yoxlamasından keçə bilməyib.
Mehmet Salih Atlı adı kişi prezidentə veriləcək əşyalarının olduğunu deyib. Yoxlama zamanı onun üzərindən sənədsiz tapança, 8 mərmi və narkotik maddə tapılıb.

O, əlindəki tədavüldən yığışdırılan pulu polisə göstərərk belə deyib. “Bu pulu prezidentə çatdırın. O bir şifrədir. Onu ancaq prezident bilər”.
Polisə ifadəsində o yanındakı silahın yola çıxmaq mənasına gəldiyini deyib.