Abonentlər “Azercell”dən imtina edirlər

“Azercell” mobil operatorunun internet xidmətində problem yaranıb.

XALQ.AZ  xəbər verir ki, bu barədə mobil operatorun istifadəçiləri məlumat yayıb.

Məlumata görə, artıq 2 saata yaxındır ki, telefonla internetə daxil olmaq mümkün deyil.

Şirkət hələlik yaranmış problemlə bağlı heç bir məlumat verməyib.

Qeyd edək ki, son aylar ərzində abonentlər  “Azercell”dən kütləvi imtina edirlər.