ABŞ Ankaranın şərtlərini icra edə bilmir

ABŞ Ankaranın “Patriot” zenit raket komplekslərini almasıyla bağlı iki əsas şərtini – kredit təqdimatı və birgə istehsalla bağlı şərtlərini icra edə bilmir.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Müştərək istehsal, kredit təqdimatı və təcili tədarük bizim böyük əhəmiyyət verdiyimiz kriteriyalardır. ABŞ təcili tədarük məsələsinə müsbət yanaşmasına baxmayaraq, kredit təqdimatı və müştərək istehsala zəmanət verə bilmir”, – deyə o bildirib.