ABŞ-da qarın hündürlüyü 1 metrə çatıb

Amerkada qar

Xalq.az xarici mətbuata istinadən xəbər verir ki, Miçiqan ştatının mərkəzi şəhəri Lensinqdə baş verən qəzalardan birində 94 avtomobil bir-birilə toqquşub. Hadisə zamanı insan itkisi olmasa da, azı 15 nəfərin xəsarət aldığı bildirilir.

Aydaho ştatının Keçam şəhərində isə qar uçqunu baş verib. Hadisə nəticəsində 4 nəfər uçqunun altında qalıb. Xilasedicilər onlardan 3-nü xilas edə bilib. Polisin sözlərinə görə, uçqun baş verən zaman dağlıq bölgədə yaşayan sakinlər gəzintiyə çıxıbmışlar.

Ohayo ştatında da vəziyyət gərgindir. Klivlend şəhərində qarla yanaşı güclü külək də müşahidə olunub. Şəhərin bəzi bölgələrində yağan qarın hündürlüyü 1 metrə çatıb. Yolların buz bağlaması nəqliyyatin hərəkətində durğunluq yaradıb.