ABŞ-ın məşhur şirkət Azərbaycan məhsulu ilə bazara çıxır

ask

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şüşə” MMC şüşə tara məmulatlarını istehsal edir.

ASC-dən bildiriblər ki, müəssisənin illik istehsal potensialı 70-75 milyon ədəd şüşə qab təşkil etməkdədir.

“ASK Şüşə” MMC ixrac potensialını formalaşdırmaq üçün beynəlxalq tərəfdaşlığı genişləndirir

Ümumilikdə “ASK Şüşə” MMC-də istehsal prosesinə 320 nəfərdən çox yerli və xarici mütəxəssis cəlb edilib.

Covid-19 pandemiyası ilə bağlı ölkəmizdə tətbiq olunan karantin rejimi dövründə müəssisə fasiləsiz fəaliyyət göstərərək, yeyinti sənayesində qablaşdırma üçün nəzərdə tutulan şüşə taraların istehsalını həyata keçirir. Bu dövr ərzində müəssisənin hər iki istehsal xətti tam gücü ilə işləyir.

Qeyd edək ki, müəssisədə 2019-cu il ərzində istehsal olunmuş hazır məhsul həcmi 13 040,39 ton, miqdarı 37 856 170 ədəd şüşə tara təşkil edib. 2019-cu ildə satılmış şüşə tara sayı isə 34 444 228 ədəd olub. 2020-ci ilin 6 ayı ərzində istehsal olunmuş hazır məhsulun həcmi 11 666,99 ton, miqdarı isə 35 836 856 ədəddir. Cari ilin birinci yarısında ( 6 aya ) satılmış şüşə tara sayı isə 32 495 681 ədəd təşkil edir.

“ASK Şüşə” MMC Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasət kursuna uyğun olaraq, istehsal zəncirinin genişləndirilməsi və ixrac potensialının formalaşdırılması üçün ölkənin qida sənayesinin ən böyük müəssisələri olan “Azərsun Kənd Təsərrüfat Məhsulları” MMC, ”Gilan Qəbələ Konserv Zavodu” MMC, “Göygöl Şərab Zavodu” ASC, “Az-Granata” MMC-nin istehsal xətlərini “Made in Azerbaijan” markası altında istehsal edilən şüşə taralarla təmin edir. Eyni zamanda fəxrlə qeyd edə bilərik ki, Gürcüstan Respublikasında fəaliyyət göstərən “Coca-Cola Bottlers Georgia” JSC şirkəti tərəfindən ABŞ-ın məşhur sərinləşdirici içki markası “Made in Azerbaijan” markası ilə istehsal edilən şüşə qablardan bazara çıxarılır.