ABŞ komandanlığı Bakıda seminar keçirir

ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının (USAREUR) ekspertləri tərəfindən Bakıda “Sülhməramlı əməliyyatlar zamanı hərbi qərar qəbuletmə prosesi” mövzusunda seminar keçirilir.

XALQ,AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə USAREUR ekspertləri tərəfindən sülhməramlı mühitə uyğunlaşdırılan hərbi qərar qəbuletmə prosesi və digər mövzularda brifinqlər təqdim olunacaq.

Aprelin 5-dək davam edəcək seminarda Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak edir.

 

Elgün