ABŞ səfiri Azərbaycanı gedir

ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycanda diplomatik missiyasını başa vurur.

XALQ.AZ məlumat verir ki səfir bu barədə “İnterfax Azərbaycan” saytına danışıb.“Bəli, mən, həqiqətən, Azərbaycanda diplomatik missiyamı başa vururam”, –  R.Sekuta deyib.

Sekuta bildirib ki, martın sonunda Azərbaycanı tərk edəcək.

O həmçinin əlavə edib ki, ABŞ-ın Azərbaycandakı yeni səfirinin kimi olacağını bilmir.

Xatırladaq ki, R.Sekuta 2014-cü ilin dekabr ayında ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışır.