ABŞ Suriyanı vuracaq

ABS

“Los Anceles Times” qəzeti Pentaqondakı mənbəsinə istinadən belə bir iddia ilə çıxış edibABŞ üç günə Suriyaya avia zərbələr endirəcək. ANS PRESS-in məlumatına bu barədə “Los Anceles Times” qəzeti məlumat yayıb.

Qəzet ABŞ-ın Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat verir ki, Suriya qarşı hərbi əməliyyat 72 saat davam edəcək Aralıq dənizə çıxarılan hərbi gəmilərdən atılan raketlərlə yanaşı, ABŞ Suriya ərazisinə xüsusi bombalarla zərbələr endirə bilər.

Məlumata görə, Ağ Ev aidiyyatı qurumlardan Suriyada məhv edilməsi nəzərdə tutulan 50 hədəfdən başqa, digər strateji məntəqələrin də siyahısının tezliklə müəyyən edilməsini istəyib.

Qeyd edək ki, ABŞ-a məxsus onlarla hərbi gəmi Suriya sahilləri yaxınlığında lövbər salıb.