ABŞ Yanukoviçi dialoqa çığırdı

06

 

 

ABŞ vitse-prezidenti Cozef Bayden dekabrın 9-da Ukrayna prezidenti Viktor Yanukoviçə zəng edib. O, ölkədəki etirazların gedişində zorakılıq ola biləcəyi barədə narahatlığını ifadə edib.

ANS PRESS Ağ evin məlumatına istinadən bildirir ki, ABŞ vitse-prezidenti Ukrayna liderini müxalifətlə dialoqa başlamağa çağırıb. “Vitse-prezident durumun girginləşməsinin qarşısını dərhal almağa və Ukraynanın irəli getməsi ilə bağlı razılıq əldə edilməsi üçün müxalifətlə dialoqa başlamağa çağırdı”bildirilir.