Abşeron İcra Hakimiyyətində alver

Abseron

İcra başçısı Zakir Fərəcovun adamları iddia edirlər ki, aldıqları onlara deyil, daha yuxarılara çatır 

Abşeron rayonunda torpaq sahəsi almaq bir müsibətdirsə, onu sənədləşdirib, üzərində ev tikmək bir ayrı məşəqqətdir. Evin eskiz sənədinin hazırlanmasından tutmuş, neçəmərtəbəli ev tikməyə qədər hər birinin ayrı-ayrı xərcləri var.

XALQ.AZ-ın JAM.AZ-a istinadən verirdiyi xəbərə görə, Abşeron rayon İcra Hakimiyyətinin əsas gəlir mənbəyi olan bu məsələdə birmərtəbəli evin sənədlərini almaq hər kvadratmetr üçün 10 manatdır. Amma yeni tikiləcək evin sahəsi kiçik olsa belə, ilkin rəqəm 1000 manatdan aşağı olmur. Eyni zamanda, ora bəzi kağız-kuğuzların qiyməti aid deyil. Ev iki mərtəbə olduqda isə bu rəqəm 2300 manata, üç mərtəbəyə qalxdısa artıq rəqəm 6000 min manatdan aşağı olmur.

Maraqlı məqam odur ki, bu işə cavabdeh olan Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi əsl bazardır. Qapıdan içəri keçib, əlində pul istədiyin şəkildə sənədlərini alaraq, gedə bilərsən. Vay, o gündən ki, pulun olmaya və sənəd istəyəsən. Qapıdan buraxmamaqları bir kənara, günün birində torpağını da əlindən alarlar.

Əldə etdiyimiz bir başqa məlumata görə, evlərin tikintisinə icazə verilməsi üçün yığılan pulların hamısı birbaşa icra başçısı Zakir Fərəcova çatır. Pulu yığanlar isə iddia edirlər ki, həmin pullar təkcə Zakir Fərəcova da çatmır və ondan yuxarılar da var. Ki, bu da icra başçısının blefi və özünə bəraət qazandırmaq cəhdi kimi qəbul edilir. Çünki alınan pulların hamısı Fərəcov və komandasına çatmasaydı, hər gün yeni-yeni imkanlara, maşınlara və villalara sahib ola bilməzdilər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.