Abşeronda ağır yol qəzası: ölən var

Abşeronda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
XALQ.AZ xəbər verir ki, Bakı-Quba- Dağıstan avtomobil yolunun Abşeron rayonundan keçən hissəsində Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü İlkin Bəkirovun idarə etdiyi “Mondial” markalı avtomobil idarəetmədən çıxaraq, beton çəpərə çırpılıb. Hadisə nəticəsində sərnişin qismində olan Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nuray Etibar qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yeganə