“Xırdalan şəhərində Heydər Əliyev parkının yanındakı Zərifə Əliyeva küçəsində 3-cü evin həyətindən mənzərə belə görünür. Bir gündən bir daşınmalı olan zibil artıq 8 gündür həyətdə qalıb. Səbəb isə odur ki, Abşeron rayon İcra Hakimiyyəti öz vəzifəsinin öhdəsindən gəlmir”.

XALQ.AZ  xəbər verir ki, bu barədə Xırdalan sakini iqtisadçı Samir Əliyev yazıb. O bildirib ki, həmin ərazidə zibil daşınması ilə bağlı problem dövrü olaraq baş verir. Bir ay normal işləyirlər, növbəti ay zibil daşınmasında problemlər yaşanır:

“Qonşu yaşayış kompleksində zibillər vaxtlı-vaxtında daşınır. Çünki özəl şirkət həyata keçirir. Bizim binada isə Abşeron rayon İH müxtəlif vasitələrlə binanı idarə edən MTK-ya imkan vermir ki, özəl şirkətin xidmətinə keçsin. Zibil daşınmasına məsul olan qurumun rəhbəri dəyişib. Yenisi söz vermişdi ki, təmizlənəcək. Artıq o da zənglərə cavab vermir. Səbəb isə maşın çatışmazlığıdır. Deməli, İcra Hakimiyyəti səlahiyyətlərindən sui-istifadə edərək MTK-lara təzyiq edir ki, onun xidmətindən istifadə etsinlər, bunun üçün isə zəruri maşın parkı yoxdur.
COP-29-a ev sahibliyi edən Azərbaycan ekologiyaya zərər vuran, müxtəlif xəstəliklər yaradan məişət tullantılarını düzgün idarə edə bilmir. Abşeron İH-nin başçısının başı yay mövsümündə Heydər Əliyev parkında yeni obyektlər (karusel, iaşə və s.) açmağa qarışıb. Bir azdan o parkda gəzməyə və nəfəs almağa imkan olmayacaq.
Məişət tullantılarının daşınması səlahiyyəti bələdiyyələrə verilməlidir”.

***

Abşeron Rayon İcra Hakimiyyətindən XALQ.AZ-a verilən məlumatda bildirilir ki,  Tərəfimizdən sözügedən ərazidə qoyulan məişət tullantıları toplanan qutuların artırılması və məişət tullantılarının ətrafa yayılmasının qarşısının alınması, eləcə də vaxtı-vaxtında daşınması məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə və Abadlıq və Kommunal Xidmətlər idarəsinə müvafiq tapşırıqlar verilmişdir.

XALQ.AZ araşdırma qrupu  zibillik olan ərazidə və digər Xırdalan ərazisndə  olub.Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə və Abadlıq və Kommunal Xidmətlər idarəsinə müvafiq tapşırıqlar verilməsinə baxmayaraq natəmizlik  pik həddədir qeyd edək ki, fotolarda göründüyü kimi əlavə şərhə ehtiyac yoxdur.

 

 

 


media-ads-728x90

Bənzər xəbərlər