Acun televiziya aldı

84

 

Türkiyənin tanınmış televiziya ulduzu, telekanallarda bir çox bahalı layihələrin müəllifi Acun İlıcalı telekanal sahibi oldu. Yerli mətbuatın xəbətinə görə, MNG holdinq sahibi olduğu “TV-8” kanalını Acun İlıcalıya satıb. Məlumata görə, İlıcalı artıq kredit üçün müraciət edib.

Acun sahib olduqdan sonra telekanalda böyük islahatlar olacağı bildirilir. Belə ki, əvvəla kanalın bütün heyəti, əsasən də xəbərlər xidmətinin əməkdaşları ixtisara salınacaq. Kanalda əsasən şou proqramlarının nümayişi olacaq.

Bundan başqa hazırda “Star” kanalında nümayiş olunan və Acun İlıcalının sahibi olduğu “O Ses Türkiyə”, “Yetenek Sizsiniz” (Talanat) və “Survivor” layihələri də yeni kanala keçəcək. Həmçinin A. İlıcalının yaxın dostu olan tele-şouçu Hülya Avşarın da bu kanalda ayrıca bir proqramda aparıcı olacağı güman olunur.

Acun İlıcalı media maqnatı olmaqdan çox pul qazanmaq üçün bu kanaldan istifadə edəcək. İlıcalının daha sonra bu kanalın reytinqini çoxaldaraq bahalı qiymətə satacağı da istisna edilmir.