Ad, ata adı və soyadın dəyişdirilməsində – YENİLİK

Adın, ata adının, soyadın verilməsi və dəyişdirilməsi qaydalarında dəyişiklik edilib.

XALQ.AZ xəbər verir ki,  bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarda bildirilib ki, adın, ata adının, soyadın verilməsi və dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.

Orxan