“Ad və soyadlar haqqında” qanun layihəsi – HAZIRLANACAQ

Milli Məclisin Mədəniyyət komitəsi yaz sessiyası dövründə hazırlayacağı qanun layihələrini açıqlayıb.

Məlumata görə, komitə sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib ki, yaz sessiyası dövründə “Kinematoqrafiya haqqında” və “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələrinin hazırlanması nəzərdə tutulur.

Bununla yanaşı, “Yazılı abidələr haqqında”, “Kulinariya haqqında”, “Ad və soyadlar haqqında” və “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihələrinin hazırlanması planlaşdırılır.