Adil Əliyev çağrış etdi

“Bildiyiniz kimi, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar qəbul olunub. Bununla belə, ölkəmizdə bu infeksiyaya yoluxma halları hələ də davam edir və qətiyyən arxayınlaşmaq olmaz”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

A.Əliyev qeyd edib ki, mövcud vəziyyəti vətəndaşlara düzgün ifadə edilməlidir: “Hər kəs zəruri sosial davranış qaydalarına, şəxsi gigiyena və tibbi-profilaktik qaydalara əməl etməli, yalnız zəruri hallarda evdən çıxmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalıdır. Bununla da, vətəndaşlarımız həm özlərinin və ailələrinin sağlamlıqlarını qoruyacaq, həm də dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərmiş olacaqlar”.