Adil Əliyev istefaya göndərildi

Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi istefaya göndərilib.

XALQ.AZ xəbər verir ki, bu barədə AKF-nin Prezidenti Adil Əliyev özünün “Facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, qərar İdarə Heyəti tərəfindən verilib:

“Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyəti AKF-nin Prezidentini və Vitse-Prezidentlərini istefaya göndərdi”.