Adil Əliyev seçicilərlə görüşüb -FOTO

Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyev Azərbaycan Veteranlar Təşkilatında görüş keçirib.

XALQ.AZ-ın məlumatına görə, görüşdə şəhid ailələri, Qarabağ qaziləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.

A.Əliyev çıxış edərək qeyd edib ki, ölkədə çox böyük seçki ab-havası var: “Potensialı olan kifayət qədər deputatlığa namizəd var. İnsanlar seçkiyə getməli, səs verməlidirlər, səslərinə sahib çıxmalıdırlar. 2005-ci ildən seçkilərə qatılmışam. 20 saylı Nərimanov ikinci seçki dairəsi mənə yaxşı tanışdır, insanları əzizdir. Çünki deputat olmamışdan əvvəl də bu ərazidə fəaliyyət göstərmişəm. Deputat xalqa xidmət etməlidir, mənim prinsipim belədir. Sosial şəbəkələrdə bəzən neqativ fikirlər səsləndirir. İddia edirlər, guya deputatlar yalnız özünü düşünür. Bu fikri cəm halında səsləndirmək düzgün deyil. Seçicilərlə görüşün elanını verəndə, narazılıq bildirənləri də dəvət edirəm, gəlin iradlarınızı bildirin, cavablandıraq… Mən bəzəkli həyat tərzi sürməkdən çox uzağam. Bunu məni tanıyanlar da yaxşı bilir. Seçicini bir dəfə aldatmaq olar, növbəti dəfə seçicinin qarşısına necə çıxmaq olar? Bəzi iradlar haqsız olur. Hansısa deputatın sehirli çubuğu yoxdur ki, bütün problemləri həll etsin. Hamımız vətənə, dövlətə xidmət etməliyik. Ölkəmizin ərazi bütövlüyü uğrundan şəhid olanların ailələrinə, qazilərə diqqət göstərməliyik. Bu, borcumuzdur. Şəhid anasını öz anan hesab etmədinsə, səndən vətənə xidmət edən olmaz. Torpaqların işğalda olmasından xəcalət çəkirəm. Ermənilər çox hiyləgər xalqdır, dünyanın hər yerinə yayılıblar. Qarabağ probleminin həlli üçün dövlətə dəstək olmalıyıq, bunun üçün gənclər oxumalıdır. Xaricdə oxuyan azərbaycanlılar ölkəyə qayıtmalı, xalqa xidmət etməlidir. Xalqın buna ehtiyacı var. Bu istiqamətdə əlimdən nə gəlirsə, edirəm. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin dünyaya tanıdılması üçün çalışır”.

A.Əliyev xaricdə yaşayan bəzi azərbaycanlıları da tənqid edib: “Ölkədən hansısa yollarla xaricə gedənlər sosial şəbəkələrdə təhqirlər səsləndirirlər. “Youtube”a, “Facebook”a onların ailələri baxmır? Axı biz azərbaycanlıyıq. Bu cür yollara əl atmaq düzgün deyil”.

Deputatlığa namizəd Adil Əliyev seçicilərlə görüşüb (FOTO)
Deputatlığa namizəd Adil Əliyev seçicilərlə görüşüb (FOTO)
Deputatlığa namizəd Adil Əliyev seçicilərlə görüşüb (FOTO)
Deputatlığa namizəd Adil Əliyev seçicilərlə görüşüb (FOTO)
Deputatlığa namizəd Adil Əliyev seçicilərlə görüşüb (FOTO)
Deputatlığa namizəd Adil Əliyev seçicilərlə görüşüb (FOTO)

XALQ.AZ