ADİL ƏLİYEV “SÖYÜŞ QRUPU GÜCÜMÜZÜ KÖLNDƏ DƏ GÖRDÜ”

 

Almaniyanın Köln şəhərində möhtəşəm tədbir keçirildi.

XALQ.AZ məlumat verir ki, millət vəkili Adil Əliyevin təşkilatçılığı ilə keçirilən tədbirdə yüzlərlə soydaşımız iştirak etdi. Tədbirlə bağlı Adil Əliyev bildirdi ki, tədbir iştirakçılarına  təşəkkür edirəm, Avropanın müxtəlif ölkələrindən zəhmət çəkib gəlmişdilər. Ən qürurverici o idi ki, bəzi soydaşlarımız tədbirə ailələri və kiçik uşaqları ilə təşrif buyurmuşdular. Elə Kölndəki tədbiri keçirməkdə əsas məqsədlərimdən biri də bu idi ki, soydaşlarımı bir araya gətirim, bir-birlərini görsünlər, əlaqəni itirməsinlər. Tədbirimizdə Avropada yaşayan Türkiyə vətənsdaşları, müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri, elm adamları, hətta xarici ölkə vətəndaşları da iştirak edirdi. Bir daha tərbirə gəldiklərinə görə hamıya minnətdarlığımı bildirirəm”.Bu fikirləri martın 31-də Almaniyanın Köln şəhərində yüzlərlə soydaşımızın iştirakı ilə 31 mart Azərbaycan türklərinin soyqırımı və cumhuriyyətin 100 illiyi ilə bağlı tədbirin təşkilatçısı millət vəkili Adil Əliyev özünün sosial şəbəkədəki səhifəsində yayımlayıb.

Adil Əliyev qeyd edib ki, çıxışnmda Azərbaycanın keçdiyi tarixi yola nəzər salıb və 100 illiyini bu gün qeyd etdiyimiz mart və Xocalı soyqıırmından, ermənilərin bizə xəyanətindən, başda Məmmədəmin Rəsulzadə olmaqla Cumhuriyyətin qurucularından və onların keçdiyi ağır yoldan danışıb:

” Aydındır ki, dövlətimizin və prezident İlham Əliyevin qazandığı bugünkü uğurlardan, siyasi sabitlikdən, aparılan islahatlardan, böyük layihələrdən və bunların Azərbaycana verdiyi və verəcəyi faydadan da danışdım.Bu arada, onu da qeyd edim ki, söyüş söyən məlum təxribatçı qrup Kölndə də peyda oldu. Hətta içərlərindən biri zala keçib nitq söyləmək və toplantımızı pozmaq istəyirdi. Hər bir insanın fərqli fikrə mənsub ola biləcəyini ona deyərək kürsüdən nəzakətlə yola saldım. İndi söyüş söyən qrup yalandan yazır ki, guya həmin gəncimizə qarşı fiziki təzyiq olub, yalandır, onun sadəcə nə məqsədlə söz aldığı müəyyənləşdirdikdən sonra zaldan uzaqlaşdırdıq. Bu belə də olmalıdır, Avropada da belədir. Bu bizim – dövləti, milləti və prezidenti dəstəkləyənlərin tədbiridir. Elə gücünüz varsa siz də öz tədbirinizi keçirin, ancaq sizin buna nə potensialınız var, nə də mənəvi əxlaqınız, söyüş söyməkdən başqa heç nə bacarmırsınız. Elə sizi də söyüş söyməyinizə görə tanıyıblar, bu “populyarlığınızı” söyüşlərinizi gücləndirməkdə, daha çox bağırmaqla davam edirsiniz”.Millət vəkili tədbirin keçirildiyi məkana gələrək dövlətimiz və millətimizin maraqlarına kölgə çalışan “tualet böcəkləri” Tural və Orduxanın bir neçə nəfərdən ibarət dəstəsinin pozuculuğa əl atmasınada toxunub.

“Məlum qrupun Kölndə təxribata əla ata biləcəyini proqnozlaşdırırdım. Ancaq biz təxribata uymadıq. Deməli, toplantını keçirdiyimiz məkanın qarşısına təxminən 15 nəfərlik söyüş qrupu yığışaraq hamını təhqir etməyə başladı. Tədbirimizi pozmaq istəyənlər bunlar, ancaq elə ilk cümlələri bu oldu: “Bizə qarşı təxribat hazırlayıblar”. Başqa sözlə qara məni basınca mən qaranı basım. Onlar çölə çıxan və onların söyüşlərinə etiraz edən toplantı iştirakçılarını təxribata çəkmək istəyirdilər, alınmadı. Onsuz da söyüşlə özünüzü tanıtmısınız, söyüşlərinizin qarşılğında sizə əl qaldırıb bir az daha size tanıtdırmaq istəmirik. Halbuki, sizin planınız bu idi ki, toplantı salonu qarşısında təfriqə yaradıb küçədə döyülmək və barbar bağırmaq idi. Sizə bu bəhanəni vermədik. Həmin söyüş qrupunun məlum iki üzvündən biri hər cümləsində bağırırdı ki, toplantı salonunun icarəsinə 80 min avro (?!) xərcləmişik. Ay bədbəxtlər, 80 min avroya Kölnün bütün otelllərindəki salonları eyni zamanda icarəyə götürmək olardı, hələ “həmin” puldan artıq da qalardı. Elə burdan elan edirəm: həmin toplantı salonunun 3 saatlıq icarəsinə cəmi 1400 avro pul xərclənib, yaxından və uzaqdan gələn qonaqlara süfrə açmağa da vəsaitimiz yox idi deyə ancaq çay və kofe ilə kifayətləndik.

Beləliklə, tədbirimiz uğurla başa çatdı. Biz bu tədbirlə iki vacib nəticəyə hasil olduq. Birinci nəticə: Avropada yaşayan soydaşlarımızın əksəriyyəti dövlətin, millətin yanındadır, prezidentin siyasətini dəstəkləyir. Yəni bəzən yalan informasiyalar yayılr ki, guya Avropaya gedənlərin əksəriyyəti siyasi mühacirdir, qatı müxalifətçidirlər. Mühacirətin müxtəlif səbəbləri var. Avropadakı soydaşlarımızın mütləq əksəriyyəti Azərbaycandakı sabitliyi dəstəkləyir. Bunu Kölndəki toplantımız da göstərdi. Bu fərqi küçədə bağıran söyüş qrupu da gördü və hətta qışqırırdılar ki, Avropada yaşadığnız halda niyə prezidentə qarşı çıxmırsız. Onlar bunu anlamazlar. Bayırda söyüş söyənlər uzaqbaşı 15 nəfər idi, toplantı salonumuzda isə 300-yə yaxın soydaşımız iştirak edirdi. İkinci nəticə: Soydaşlarımız bir neçə saatlığına da olsa bir araya gətirdik, tanımayanları tanışdırdıq, tanıyanlar isə fürsət tapıb bir neçə saatlıq da olsa bir-birlərini görüb hal-əhval tutdular. Xaricdə yaşayan soydaşlarımızı bir araya gətirməkdə məqsədlərimizdən biri də düşmənə xaricdə də müqavimətimizi artırmaqdır. Söyüş söyənlərin dərdi Azərbaycanda sabitliyi və milli birliyi pozmaqdırsa, bizim dərdimiz erməni separatizmi və erməni lobbisi ilə mübarizədə birliyimizi təmin etməkdir. Aramızdakı fərqlərdən biri də budur!”.