Adil Əliyev videokonfrans vasitəsiylə seçicilərlə görüşdü

20 saylı Nərimanov Seçki Dairəsinin deputatı, Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bu gün videokonfrans vasitəsiylə seçicilərinin növbəti qəbulunu keçirib.

XALQ.AZ xəbər verir ki, videoqəbul zamanı seçicilərin qaldırdığı müxtəlif məsələlər müzakirə edilmiş, onları narahat edən bir sıra problemlər yerindəcə həll edilmiş, habelə secicilərin məişət şəraitinin yaxşılaşdırılması, kommunal  problemlərin aradan qaldırılması və digər müraciətlər araşdırılması üçün aidiyyəti orqanlara göndərilib.

Görüşdə iştirak edən seçicilər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında və düzgün atılmış addımlar nəticəsində bütün dünyada geniş yayılmış koronavirus pandemiyasının, ölkəmizdəki fəsadlarının minimuma endirilməsini, əvvəllər tibbi maska qıtlığına və tibbi ləvazimatlara olan ehtiyacların tam aradan qaldırılmasını, qəbul edilmiş sosial paketlərin nəticəsində güzəranlarının daha da yaxşılaşmasını, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın nəcib təşəbbüsüylə başlanmış sosial yardım paketlərini yüksək qiymətləndiriblər.

 A. Əliyev müəqəddəs Ramazan bayramı və 28 may – Respublika Günü münasibətilə seçiciləri təbrik edib, onların daim dövlətin diqqət və qayğısında olmasını bildirib, habelə xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün növ tapşırıq və tövsiyələrinə əməl etməyə, bayram müddətində zərurət olmadığı halda evdən çıxmamağı tövsüyə edib.

Görüşün yekununda ərazidə yaşayan aztəminatlı ailələrə bayram sovqatı və tibbi ləvazimatlar paylanılıb.

XALQ.AZ