Adnan Oktarın azərbaycanlı qızlarla şok yazışması-FOTOLAR

Adnan

«Yanıma gələcək qızların hamısı bakirədirmi? Problem yaranmasın deyə soruşuram»

XALQ.AZ-ın elektron ünvanına Azərbaycanda qərarlaşmaq istəyən məşhur türkiyəli «ilahiyatçı» Adnan Oktarla bağlı şok məlumatlar daxil olub. Redaksiyamıza məktub və fotoşəkillər göndərən azərbaycanlı qız «təriqət» rəhbərinin başqa həmyerlilərimizlə watsapda yazışmaları əks olunur.

Məlumatı göndərən xanım bildirir ki, Adnan Oktarın təriqətinə aldanan qızların bir çoxu artıq onu tərk etməyə başlayıb. «Nişanlıyam, mayda toyum olacaq. Bizim burada başçımız kimidir hamısını bilirsiniz. Burada 50-dən çox qızlar toplanırıq. Aramızda evlilər də var, subaylar da. Ofisimizdə ümumi işlədilən mobil telefonumuz var. Xaricə zənglər onunla edilir. Mənim bu gün son günümdür və şübhələnməsinlər deyə başqa ad altında işdən ayrılıram. Ayrılmamışdan əvvəl dünən səhər başçımızın Adnan Oktarla watsapda yazışmasını sizə göndərirəm. Toplantıda olanda telefon otaqda qalır və mən də redaktə işi ilə məşğul olurdum. Bizim başçımızın Adnan Oktarla watsap yazışmasını telefona çəkdim».

Məlumatı göndərən şəxs adının məxfi qalmasını istəməklə yanaşı, Canan adlı qızın bir sıra qeyri-əxlaqi hərəkətlərlə məşğul olduğunu da vurğulayıb.

v-1

v-2

v-3

v-4

v-6

v-7