ADPU-da doktaranturaya qəbul 3000 manataymış

88

 

 

Alim olmaq istəyən gəncin elə imtahandaca arzusunu gözündə qoyublar

Azərbaycanın təhsil müəssisələrinin bazara çevrildiyi sirr deyil. Bunun açıq formada özünü göstərməsinə rəğmən, heç bir tədbirin görülməməsi isə aydın məsələdir ki, düşünülmüş planın tərkib hissəsidir. Dünən isə sosial şəbəkələrdə bu sahədə növbəti bazarlaşma haqqında məlumat yayılıb.

JAM.AZ xəbər verir ki, baş vermiş olay Azərbaycan Dövlət Pedeqoji Universitetində (ADPU) baş verib. Belə ki, gənclərdən biri doktaranturaya qəbul imtahanı verib. Suallara əla cavab versə də, imtahandan keçməyən gənc bunun səbəbini öyrənmək istəyib. Bu zaman ADPU-nun dekanlarından biri onu kənara çəkərək «səbəbi» izah edib: «Qızım, qəbul üçün ya yaxşı yerdən tapşırılmaq, ya da 3000 manat vermək lazımdır».

Qeyd edək ki, bu məlumatı yayan şəxs təhsil naziri Mikayıl Cabbarova istənilən səviyyədə sübutları və dəqiq ünvanları çatdıra biləcəyini də vurğulayıb.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.