Afət Fərmanqızı: Abort elətdirdim – VİDEO

Müğənni Afət Fərmanqızı “Şou ATV” verilişində hər kəsi şok edəcək açıqlama verib.

XALQ.AZ xəbər verir ki, hamilə olduğunu deyən Afət Fərmanqızı uşağı abort elətdirdiyini bildirib: “Keçən ay övladımdan vaz keçdim, istəmədim. Düşündüm ki, bir az da zamana ehtiyacımız var”.

Aparıcı Nanə Ağamalıyevanın “O insanın övladınızın atası olub-olmamasında tərəddüd edirsiniz?” sualına müğənni belə cavab verib:

“O mənada da deməyəcəm. Qarşı tərəfi çətin vəziyyətdə qoymaq istəmirəm.

Mən hansısa məsələdə tərəddüd edirəmsə, hər zaman olmazı seçirəm. Övladım olmasını çox istəyirdim, amma ötən ay abort elətdirdim”.

Qeyd edək ki, Afət Fərmanqızı bir müddət əvvəl Hacı Roma (Ramal Hüseynov) adlı şəxslə kəbin kəsdirdiyini və dekabrın 2-də rəsmi evlənəcəklərini açıqlamışdı.

Orxan