Afət Həsənova: “Siyasi platformada yer tuta bilməyənlər xalqa qarşı çıxırlar”

Onlar yalnız hakimiyyətə deyil öz xalqına da müxalif olduqlarını təsdiq edirlər.

Müsahibimiz Milli Məclisin deputatı, Afət Həsənovadır;

-Afət xanım koronovirus pandemiyası dünya miqyasında böyük itkilərlə müşaiyət olunsa da, Azərbaycan bu prosesdən üzüağ çıxır. Ölkəmizin bir fors-masor vəziyyətə hazır olması kimi qiymətləndirmək olarmı?

Əvvəla qeyd etmek istərdim ki, bəşəriyyətin yarandığı günden,tarixin muxtəlif mərhələrində epidemiya ve pandemiyalar olmuşdur.Hələ 2500 il əvvəl qrip xəstəliyini (törədicisi adətən müyyən viruslar olur)Hippokrat yoluxucu göyöskurək adlandırmışdır. Çinin Yuhan vilayətindən başlanan 21 əsrin ağır pandemiyası dunyanin bir çox olkələrinə yayılmaqla insan tələfatı ilə nəticələnən ciddi problemə çevrilmişdi. Azərbaycan Avropa və digər ölkələrlə müqayisədə çox gənc bir müstəqil dovlətdir.Pandemiya dövründə dövlətimiz qısa müddətdə əhalinin sağlamlığını qorumaq məqsədi ilə çevik ,operativ tədbirlər keçirərək xalqımızı böyük itkilərdən qorudu və bu işlər davam edir.Sözsüz ki, həyata keçirilən tədbirlərin kökündə cənab Prezidentin gərgin fəaliyyəti və əməyi durur. Azərbaycanda koronavirus pandemiyasına qarşı effektiv mübarizə aparılmasında mühüm rol oynayan amillərdən biri də, bu günə qədər ölkəmizin səhiyyə sistemində aparlan quruculuq və yenidənqurma işləridir. Ölkəmizdə bütün sahələrə olduğu kimi səhiyyə sahəsinə də böyük diqqət və qayğı göstərilib. Cənab Prezident İlham Əliyev səhiyyə sisteminin inkişafını, müasirləşdirilməsini daim diqqətdə saxlayıb. Bu gün paytaxtda həm də bütün regionlarımızda müasir tibbi avadanlıqlarla və ləvazimatlarla təchiz edilmiş və peşəkar həkimlərimizin çalışdığı tibb ocaqları fəaliyyət göstərir. Koronavirusla mübarizə dönəmində səhiyyə sahəsində görülən işlərin önəmi özünü aydın şəkildə biruzə verdi. Koronavirus xəstələrinin effektiv müalicəsi üçün dərhal müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanalar ayrıldı. Bu gün koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Eyni zamanda 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxananın da açılşı ölkə başçısı tərəfindən baş tutdu,həmçinin yeni modul tipli 6 xəstxanın tikintisi davam edir. Ümumiyyətlə, ölkənin bütün fəaliyyət istiqamətlərində xüsusi rejimə köklənməsi və düzgün istiqamətləndirilməsi məhz ölkə başçısının yürütdüyü uğurlu siyətlə bağlıdır.

-Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmizdə tətbiq olunan karantin vəziyyətindən bəzi işbazlar, xüsusən 5-ci kalonun təsir dairəsində olan qüvvələr öz çirkin məqsədlərinə nail olmaq üçün istifadə edirlər. Sizin bu barədə fikirlərinizi eşitmək maraqlı olardı…

5 kolonun qərəzli məqsədyönlü addımları bir daha bunların öz xalqına soydaşlarına,dövlətə olan laqeyd və düşmən münasibətinin göstəricisidir.Onlar yalnız hakimiyyətə deyil öz xalqına da müxalif olduqlarını təsdiq edirlər. Sapı özümüzdən olan baltaçıqlar şəxsi maraqlarını və siyasi ambisiyalarını üstün tutaraq ən çirkin əməllər törədirlər.

-Afət xanım postpandemiya dövrü dünyada və Azərbaycanda hansı izlər buraxacaq və sizcə, bu istiqamətdə hansı addımlar atılmalıdır?

Bu sahədə artıq işlərin görüldüyünü deyərdim. Çünki ölkə başçısı tərəfindən verilən tapşırıqları iqtisadi,sosial,maliyyə məsələləri ilə bağlı Sərəncamlar prezidentimizin praqmatik və uzaqğörən olduğunun bir daha təsdiqləyir. Sosialyönümlü lahiyələr icra olunur.

-Heydər Əliyev Fondu 100 min ehtiyacı olan ailəyə yardım edəcək. Bu addımı necə qiymətləndirirsiniz?

Heydər Əliyev Fondunun fəaliyyəti yarandığı gündən xeyriyyəçilikmissiyasını həyata keçirib. Tək ölkəmizdə deyil diğər ölkələrdə də xeyriyyəçilik və yardım aksiyalarını keçirib. Qısa zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə sosial yönümlü lahiyələr həyata keçirilir.Ən əsası odur ki, Heydər Əliyev Fondu hər zaman xalqın yanındadır.

-Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən siyasi qüvvələrə böyük imkanlar yaradılıb. Lakin buna baxmayaraq, ölkəmizdə həyata keçirilən islahatları qaralamağa çalışan, hər vəchlə buna mane olmaq istəyən qüvvələr var. Onların bu addımına sizin münasibətinizi bilmək maraqlı olardı…

Həqiqətəndə bu gün Azərbaycan reallığında bütün siyasi platformaların fəaliyyət göstərməsi üçün bərabər şərait yaradılıb Lakin xaricdən idarə olunanlar demokratiya ilə özbaşınalığı səhv salırlar. Belə olan halda qanunlarımızın aliliyindən yararlanaraq neqativ insanlara qətiyyətlə cavab verməliyik. Bu gün sabitliyimizə, aparılan islahatlara əks çıxanlar qarşı mübarizə daha da güclənməlidir. Biz xəbərlərdən izləyirik diğər ölkərin müxalifəti adətən hər hansı fövqal vəziyyət olanda onlar dövlətin tətbiq etdiyi qanulara riayət edirlər,həmrəylik nümayiş etdirilər və birlikdə çıxış yolu axtarılır. Lakin bizdə olanlar özlərini siyasi paltformada yer tuta bilməyənlər ölkənin, xalqın rifahı və gələcəyi naminə yox şəxsi məqsədləri üçün istifadə edirlər. Xarici antiazərbaycan dairələrindən təlimatlananlar maraqlıdırlar ki,insan ölümü çoxalsın xəstəlik daha da geniş yayılsın, hər zaman kı kimi eyni ampluada olduqlarını görürük. Onlar karantin dövründə xalqa qarşı öz çirkin əməllərində əl çəkmirlər və insanlar arasında gərginlik yaratmağa ,ümüdsüzlüyü, çarəsizliyi sövq edirlər.