Afət Telmanqızı prezidentə müraciət etdi

4

 

 

ANS telekanalının jurnalisti Afət Telmanqızı həkimlərin səhlənkarlığı ucbatından dünyasını dəyişən qardaşı arvadı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. ANS PRESS jurnalistin müraciətinin nüsxəsini təqdim edir: Müraciətin mətnini olduğu kimi sizə təqdim edirik: “Hörmətli Prezident! Sizə başıma gətirilən faciə ilə bağlı müraciət edirəm. Həkim məsuliyyətsizliyi, savadsızlığı qardaşımın ailəsini dağıtdı, 14 günlük körpəni anasız qoydu. Neçə-neçə insanı gözüyaşlı qoydu. Bu isə həkimlərin ilk cinayəti deyil. Yüzlərlə, bəlkə də minlərlə ailə həkim savadsızlığının qurbanı olub. Ölkəmizdəki savadsız həkimlər rəqəmlərə sığmayacaq qədər insanların əzrayılına dönüb. Artıq neçə gündür ki, KİV-də qardaşımın həyat yoldaşı 26 yaşlı Pərvinə Hüseynovanın Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evinin həkimləri tərəfindən öldürüldüyü barədə xəbərlər dərc olunur. Bu xəstəxananın həkimləri oktyabrın 4-ü heç bir tibbi göstəriş olmadan səbəbsiz yerə xəstə üzərində qeysəriyyə əməliyyatı həyata keçiriblər. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb. Beləcə xəstəni 5 gün ağır vəziyyətdə xəstəxanada saxlayan həkimlər xəstənin yaxınlarına “biz nə baş verdiyini bilmirik” deməklə işlərini bitmiş bildilər. Nəhayət xəstəni ağır vəziyyətdə Bakıya Mirqasımov adına Respublika Xəstəxanasına gətirdik. Burda müayinə zamanı bizə dedilər ki,əməliyyat zamanı xəstə çoxlu qan itirib. Xəstənin bədənində cift qalığı qalıb və bu da bədəndə zəhərlənmənin yaranmasına səbəb olub. Bu xəstəxanada da həkimlər xəstəmizin həyatını xilas edə bilmədilər. Xəstə üzərində vaxtında tibbi müayinə aparmadılar. Xahiş edirəm bu işi nəzarətinizə götürəsiniz. Bir ananın ölümünə səbəb olanlar, bir körpəni anasız qoyanlar cəzalandırılsın, həkim adından məhrum edilsin”.


Comments are closed.