Afaq Bəşirqızının oğluna vəzifə verildi

Xalq artisti Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib. 

XALQ.AZ xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov sosial şəbəkədə yazıb. 

O qeyd edib ki, Xalq artistinin oğlu Səmral Təhməzov Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərinin müavini təyin olunub.