Afaqa yalvara gəncin səs yazısı yayıldı-Video

Ötən gün verilişlərin birində hər kəsin təəccübünə səbəb olacaq hadisə yaşanıb. 

XALQ.AZ xəbər verir ki, proqramın aparıcısı Sayqa Cahid müğənni Afaq Aslanı proqramına qonaq qismində dəvət edib. Əlində gül studiyaya girən bir gənc Afaqa evlilik təklif edib.

İfaçının qarşısında diz çökən 24 yaşlı gənc “Sənin üçün ailəmi, hətta əzizlərimi qurban verərəm. Səni modellik yarışmasında görəndən sevirəm. Mənə “yox” desəniz, ömrümün sonuna qədər evlənməyəcəm” – deyib.

“Yox” cavabı alan oğlan ağlamağa başlayıb və ürəyi gedərək, yerə yıxılıb. Görüntülər qısa vaxtda sosial şəbəkələrdə yayılmağa başlayıb.

Sözügedən gəncin verilişdən sonra “İnstagram”da səs yazısı yayılıb. O, bildirir ki, həmin proqramda baş verənlər şoudan başqa bir şey deyil. Özünü tanıtmaqdan ötrü bu yola əl atıb.

 Orxan