AFFA baş məşqçini cəzalandırdı

 

49

Xalq.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun yarımfinal mərhələsinin və Azərbaycan Premyer Liqasının 32-ci turunun oyunlarında baş verən pozuntulara hüquqi qiymət verilib.

Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının 32-ci turunun “Qəbələ” – “Simurq” matçının 83-cü dəqiqəsində “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 1000 manat cərimə olunub.