AFFA-nın rəhbərliyində dəyişiklik olur?

AFFA-nın 8 yanvar 2020-ci il tarixinə növbədənkənar konfransı çağırılıb.

XALQ.AZ milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, müvafiq qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Digər qərara əsasən, AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq AFFA-nın növbədənkənar Konfransına təqdim olunmalıdır.

XALQ.AZ