AFFA rəhbərliyi FIFA prezidenti ilə görüşüb

Azərbaycan futbolunun inkişafı ilə bağlı müzakirələr aparılıb.

XALQ.AZ  xəbər verir ki, oktyabrın 3-də İsveçrənin Sürix şəhərində AFFA prezidenti Rövnəq Abdullayev ali futbol qurumunun – FIFA-nın prezidenti Cianni İnfantino ilə görüşüb.

AFFA-nın rəsmi saytında qeyd olunub ki, görüşdə Azərbaycan futbolunun inkişafı ilə bağlı ətraflı müzakirələr aparılıb.

Rövnəq Abdullayev bu il Rusiyada keçirilmiş dünya çempionatının yüksək səviyyə təşkil olunması ilə bağlı FIFA prezidenti Cianni İnfantinonu təbrik edib.

Söhbətə zamanı FIFA ilə AFFA arasında mövcud yüksək səviyyəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi məsələləri müzakirə olunub.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib.

 

 

Orxan