AG Bank niyə bağlanır?

XALQ.AZ xəbər verir ki, “AG Bank”ın son hesabatında məcmu kapitalında adekvatlıq əmsalı və leverec əmsalı normadan artıqdır.
Bankdan bildirilib ki, “AG Bank”ın leverec əmsalı normadan 2,38% artıqdır. Bundan başqa bankın birinci dərəcəli kapitalın adekvatlıq əmsalı da normadan 0,7% artıqdır.
Leverec əmsalı şirkətlərin aktivlərində öhdəliklərin, yoxsa kapitalın daha çox olduğunu göstərir. Yəni onun yüksək olması şirkətin aktivlərinin daha çox öhdəliklərdən təşkil olunduğunu, az olması isə daha çox kapitaldan ibarət olduğunu göstərir. “AG Bank”da isə bu əmsal normadan artıqdır. Yəni, bankın aktivləri öhdəliklərdən ibarətdir.
Bankdan verilən məlumatda qeyd olunub ki, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı normadan 0,7% daha çox olaraq 5,7% (norma 5%) təşkil edib. Leverec əmsalı isə normadan 2,38% daha çox olaraq 7,38% (norma 5%) təşkil edib.
Bundan başqa “AG Bank”da məcmu kapitalın adekvatlıq əmsalı 7,42% təşkil edib.
Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.