Ağalarovanın rəhbəri olduğu “Krokus Azərbaycan” ləğv olundu
“Krokus Azərbaycan”, “Crocus İnteriors” və “Crocus Audit” MMC-lər ləğv edilir.
XALQ.AZ-ın xəbərinə görə, bu barədə müvafiq qərarlar qəbul olunub.
“Krokus Azərbaycan” MMC və “Crocus İnteriors” MMC-nin hüquqi ünvanları eynidir: Nəsimi rayonu, 28 May küçəsi, ev 5-dir.
Hər iki şirkətin qanuni təmsilçisi Ağalarova Cəmilə Teymur qızıdır. C.Ağalarovanın Rusiyada yaşayan tanınmış iş adamı Araz Ağalarovun qohumu olduğu bildirilir.
“Crocus Audit” MMC-nin hüquqi ünvanı isə Sabunçu rayonu, Naradaran qəsəbəsi, Nardaran-Ləhiş yolu küçəsi, ev 32A, mənzil 300-dür. Qanuni təmsilçisi Nurlan Ziyəddin oğlu Orucovdur.