Ağamirzə özünə qazdırdığı qəbri nümayiş etdirdi – Video

Meyxanaçı Ağamirzə “5/5” verilişinin “Unuda bilmirsən” rubrikasının qonağı olub.

XALQ.AZ xəbər verir ki,  ifaçı evini, illərdi yaşadığı yerləri nümayiş etdirib. “Göyərti əkirdim, kələm becərirdim. İndi hərdən maşınıma, özümə baxıram ki, kim olmuşam?” deyə, meyxanaçı bildirib.

Ağamirzə bildirib ki, ailəsinin istəyi və seçdiyi xanımla ailə qurub:

“Mən evlənəndə atam dünyasını dəyişmişdi. Bizdə belədir, ailə seçməlidir. Məni otuzdurub dedilər ki, filan yerdə filankəs var, budur. Mən də evləndim”.

Meyxanaçı daha sonra özünə qazdırdığı qəbri nümayiş etdirib.

 

Orxan


Comments are closed.