AGAT tədbirlərin davam etdirir

agat

Korrupsiyaya qarşı mübarizədə gənclər məlumatlandırılır

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) USAİD və “Transparency İnternational” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində “Korrupsiyaya qarşı mübarizədə gənclərin məlumatlandırılması kampaniyası” mövzusunda Gəncədə gənclərlə birlikdə təlim həyata keçirib. AGAT – dan SİA-ya verilən məlumata görə, təlim zamanı Gəncə gənclərinin nəzərinə korrupsiyaya qarşı mübarizədə gənclərin rolunun daha da artırılması yolları barədə danışılıb. Tədbirdə korrupsiyaya qarşı mübarizədə qanunların təşviqi, bu istiqamətdə sosial şəbəkələrdən alət olaraq istifadə imkanları haqqında məlumat verilib və müzakirələr aparılıb. Eyni zamanda korrupsiya qarşı mübarizə qəbul olunan dövlət proqramları, ölkə başçısının sərəncamları və aidiyyatı dövlət qurumlar barədə geniş məlumat verilib. Təlimin təşkili işində Gəncə Şəhəri Gənclər və İdman İdarəsi köməklik edib.

Qeyd edək ki, tədbirin eksperti beynəlxalq təlimçi Günel İbrahim olub.


Comments are closed.