Ağcabədidə qanvermə aksiyası keçirilib

XALQ.AZ xəbər verir ki, Aşura mərasimlərində zəncir vurma, qan çıxartma kimi hərəkətlərə alternativ olaraq 20.09.2018-ci il tarixdə rayon Mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Aksiyada Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov, aparat strukturu, hüquq mühafizə orqanlarının, rayonun aparıcı müəssisələrinin rəhbərliyi, rayon ictimaiyyəti-ziyalılar, ağsaqqallar, gənclər və rayon dindarları ümumilikdə sağlamlıq məhdudiyyətləri olmayan 144 nəfər şəxs iştirak etmiş və öz vətəndaşlıq məsuliyyəti ilə xeyirxah amallara xidmət edən bu aksiyanın iştirakçısı olmuşdur.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.