Ağcabədidə abonent elektriki ölümcül döyüb

Agcabedi

Ağcabədi rayonunda bir nəfərin ölümcül döyülməsi ilə nəticələnən insident baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi Paylayıcı Elektrik Şəbəkəsinin (PEŞ) əməkdaşı Ziyəddin Səfər oğlu Əbülhəsənov, dəfələrlə edilən xəbərdarlığa rəğmən işıq pulunu ödəməyən Hacıbədəlli kənd sakini Hüseynov Mehman Əmir oğlunun evinə gedən elektrik naqilini akt əsasında kəsib. Bundan sonra ev sahibi ilə elektrik arasında mübahisə yaranıb. Mehman Hüseynov dəmir linglə PEŞ əməkdaşını ölümcül döyüb. Ağcabədi PEŞ-nin rəisi Rza Səmədov faktı təsdiqləyib. Onun sözlərinə görə, ağır xəsarət alan Z. Əbülhəsənov Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.