media-evde

Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):

1. Quliyev Şamiq Əfqan oğlu (1959);

2. Quliyev Bəhruz Şamiq oğlu (1983);

3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);

4. Məmmədli Murad Vidadi oğlu (2018);

5. Quliyev Natiq Namiq oğlu (2018),

2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);

2. Quliyeva Aysun Namiq qızı (2015).

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

*****

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən partlayışın bəzi detalları üzə çıxıb. 

Məlumata görə, ilkin araşdırmalarla F1 markalı qəlpəli əl qumbarasının 42 yaşlı Bəhruz Quliyevin əlində partladığı məlum olub.

Belə ki, B.Quliyevin yaşadığı evdə qonaq olan bacısı oğlu Murad Məmmədli Qazantəpə adlanan ərazidən tapdığı partlayıcını evə gətirib və dayısına verib. Bəhruz təcrübəsizlik edərək qumbaranın üzərindəki alışdırıcını çıxarıb və bir neçə saniyə sonra evdə partlayış baş verib.

Nəticədə B. Quliyevlə yanaşı, atası – ev sahibi Şamil Quliyev, qızı Fatimə Quliyeva, eləcə də bacısı oğlanları Məmmədli Məhəmməd və Məmmədli Murad həlak olublar.

Qeyd edək ki, hadisə bu gün saat 11:30 radələrində baş verib. Partlayış nəticəsində xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.


media-ads-728x90

Bənzər xəbərlər