Ağcaqanadlardan necə qorunaq? – Təbii üsullar

Yay aylarında fəallaşan ağcaqanadlar hamını narahat edir.

Bəs bu kiçik qan əmicilərdən təbii qorunma yollarını bilirsinizmi?

Kremlər və ya ağcaqanad əleyhinə spreylər çox zaman allergiyaya səbəb olur.

XALQ.AZ sizə  bu kiçik həşəratlardan təbii qorunma vasitələrini təqdim edəcək.

Bir limonu ortadan kəsərək ortasına bir neçə mixək batırın. Yataq otağında çarpayının yanına, pəncərələrin ağzına qoyun. Ağcaqanadlar bu qoxunu sevmədiyi üçün yaxın gəlməyəcək. Qorunmaq üçün nanə yağını da istifadə edə bilərsiniz. Bədənin açıq hissələrini bu yağla masaj edin. Otaqda lavanta çiçəyi yandırmaq da olduqca faydalıdır. Ağcaqanad dişləyən hissədəki qaşıntını soyuq buz kompresi ilə sakitləşdirmək olar. Banan qabığı da şişkinliyi və qaşıntını azalda bilir.

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.