Ağdamda 75 nəfər işlə təmin edilib

XALQ.AZ xəbər verir ki, 20 sentyabr 2018-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində Olimpiya İdman Komleksində işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən növbəti əmək yarmarkasına 504 vakant iş yeri çıxarılıb.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov yarmarkanın açılışında çıxış edərək, ölkəmizdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi layihələrdən, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə verdiyi tapşırıqlardan danışıb. Rayon İcra Hakimiyyətinin başçısı son dövrlərdə yeni məşğulluq strategiyasının qəbul edilməsi və bunun uğurla həyata keçirilməsi nəticəsində işsizliyin səviyyəsinin azaldığını qeyd edib. Bundan başqa özümüməşğulluq proqramlarının da uğurla həyata keçirilməsi nəticəsində minlərlə fiziki şəxsin məşğulluğunun təmin edildiyini vurğulayıb.
Sonra işaxtaranlar yarmarkaya çıxarılan boş iş yerləri ilə maraqlanıblar. 18 idarə, müəssisə və təşkilat tərəfindən təqdim olunan iş yerləri üzrə əmək haqqı 130-500 manat məbləğində olub. Gün ərzində yarmarkada 300-dən artıq işaxtaran vətəndaş iştirak edib. Onlardan 75-i öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. Bundan başqa 15 nəfər peşə hazırlığı kurslarına göndərilib.

 

 

Orxan