Ağsaqqallar gənclərlə görüşəcəklər

fettah

Azərbaycan Ağsaqqallar Şurasının bölgələrdə gənclərlə görüşləri davam edir.

Məlumata görə, mərhum prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə aprelin 26-da Qarabağ bölgəsi üzrə 9 rayonun ağsaqqalları ilə gənclərin görüşü keçiriləcək.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, müavinləri- akademik Teymur Bünyadov, Bayram Yusifov, idarə heyətinin üzvləri, Milli Məclisin deputatları və Şuranın rəsmi orqanı olan “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov iştirak edəcəklər.

Görüşün məqsədi gənc nəslin vətənpərvərlik ruhda formalaşmasında Ulu Öndərin irsindən bəhrələnərək, ağsaqqalların təcrübə və tövsiyələrini yeni nəsillərə aşılamaqdır.