Ağstafa şəhərində abadlıq işləri davam edir

 

05

Ağstafa şəhərində ictimai yaşayış binaları, küçə və prospektlərin təmiri, abadlıq və yenidənqurma işləri davam etdirilir. Şəhərin mərkəzi və ara küçələrinin yollarına asfalt salınır, işıqlandırılması üçün müasir avadanlıqlar quraşdırılır. Çoxmənzilli yaşayış binalarda qışa hazırlıqla əlaqədar əsaslı və cari təmir işləri aparılır.
Rayon icra hakimiyyətindən Xalq.az-a bildirmişlər ki, görülən abadlıq işləri çərçivəsində Ağstafa şəhərinin Ş.Qurbanov küçəsində yerləşən 23 və 24 nömrəli və Ağamalıoğlu küçəsindəki 19 nömrəli yaşayış binaları təmir edilmiş, həyətlərində abadlıq işləri aparılmışdır.
Ağstafa şəhərində, rayonun qəsəbə və kəndlərində abadlıq işləri davam edir.