Azərbaycanda silahlı insident – Ölənlər və yaralananlar var

Ağstafa rayonunda keçmiş məhkum üç nəfəri güllələyərək qətlə yetirib.
XALQ.AZ xəbər verir ki, hadisə rayonun Böyük Kəsik kəsndi ərazisində qeydə alınıb.
Belə ki, həbsdən yenicə çıxmış şəxs üç nəfəri güllələyərək öldürüb, daha bir neçə nəfəri isə yaralayıb.
Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Yeganə