Ağstafada qəbul keçiriləcək

XALQ.AZ xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 21-də ədliyyə naziri Fikrət Məmmədov Ağstafa rayonunda Qazax, Ağstafa və Tovuz rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.
Ağstafa rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi.) keçiriləcək qəbulda Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

 

Orxan