Ağstafada tender əməliyyatı

 

 

47

Agstafa rayonunun İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev təkcə bu il dəftərxana ləvazimatlarının alınması üçün inanılmaz məbləğ, 154635 manat sərf edib

İcra başçısı həmçinin digər və sair xərclər, avadanlıqlar və ehtiyat hissərin alınması üçün nə az, nə çox, 604248 manat xərcləyib.

Heç kimə sirr deyil ki, icra başçılarının ən böyük yeyinti yerləri abalıq işlərinin aparılması, dövlət idarələrinin təminatı ilə bağlı elan olunan tenderlər vasitəsi ilə həyata keçirilər. Lakin bəzən xərclənən vəsaitlər arasında elə məbləğlərə rast olunur ki, adam özü çaş-baş qalır. Çünki peşəkar olub-olmamsından asılı olmayaraq sərf olunan istiqamət və məbləğ adamda qeyri-adi heyrət hissi yaradır. Hər şey o qədər kobud həyata keçirilir ki, istər-istəməz korrupsiya adamın üzünə sıçrayır.

Adamı doğurdan heyrətə gətirən belə tender əməliyyatlarını 2013-cü ildə Ağtafa rayon icra hakimiyyəti də həyata keçirib. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, icra hakimiyyətinin bir neçə nümayəndəliyinin, təhsil, mədəniyyət və turizm, səhiyyə şöbələrinə dəftərxana ləvazimatı üçün hardasa 155000 manat vəsait xərclənib.

Normalda Ağstafa rayonunun bütün idarələri155 min manatlıq dəftərxana ləvazimatının, kağız-kuğuzun içində batmalıdır. Amma bu qeyri-reallıq icra başçısını qətiyyən narahat etməyib və başçı kiçik bir kənd üçün 10860 manatlıq, Ağstafa şəhər icra nümayəndəliyi üçünsə 18660 manatlıq kağız-kuğuz alıb. Rayonun təhsil şöbəsi bu il 48142 manatlıq kağız işlədib. Mərkəzi Xəstəxanaya isə tamı tamına 41028 manatlıq dəftərxana ləvazimatı lazım olub. Mədəniyyət və Turizm şöbəsi daha az kağız sərf edib. Cəmi 12005 manatlıq.

Mədəniyyət və Turizm şöbəsindən söz düşmüşkən, bu şöbə eyni iki işin görülməsi ilə bağlı iki dəfə ayrı-ayrı tender elan edib və iki ayrı firma bu tenderlərin qalibi elan olunub. Həmin tenderləri təqdim edirik:

4553 Mədəniyyət və Turizm Nazirliyinin Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsi Şöbənin obyektlərində cari təmir işlərinin satın alınması “Tomris” MMC 49378,92

4554 Mədəniyyət və Turizm Nazirliyinin Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsi Şöbənin obyektlərində əsaslı təmir işlərinin satın alınması “Tomris” MMC 28787,23

5864 Mədəniyyət və Turizm Nazirliyinin Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsi Cari təmir işlərinin satın alınması “Ömər-İnşaat” MMC 49378,92

5865 Mədəniyyət və Turizm Nazirliyinin Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsi Əsaslı təmir işlərinin satın alınması “Ömər-İnşaat” MMC 28787,23

Bundan artıq deməyə sözümüz belə yoxdur. Təbii ki, əgər Ağstafa rayon icra hakimiyyətinin deməyə sözü varsa, o zaman biz onların mövqelərini dərc etməyə hazırıq.

Onu da qeyd edirik ki, Ağstafa rayon icra hakimiyyəti həmçinin digər və sair xərclər, avadanlıqlar və ehtiyat hissərin alınması üçün nə az, nə çox, 604248 manat xərcləyib. Ərzaq məhsullaprının satın alınması, abadlıq işlərinin yolların təmiri üçün ayrılan vəsaitlər də adamda heyrət yaradır. Məhərrəm Quliyevin bütün bu «xərclərini» detallı şəkildə araşdırdıqdan sonra oxusularımıza təqdim edəcəyik Pia.az